Tramp hadisələri qabaqladı, razılaşma yoxdur Miller

15.09.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Rusiya və Ukraynanın bir-birinin enerji obyektlərinə zərbələr endirməkdən qarşılıqlı şəkildə imtina etməsi ilə bağlı yekun razılaşma yoxdur.

Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms” nəşrinin jurnalisti Kristofer Miller X hesabında yazıb.

“Tramp hadisələri qabaqladı. Kiyevdəki məlumatlı şəxslərdən aldığım informasiyaya görə, hazırda müəyyən məsələlərin razılaşdırılması üzərində iş gedir. Lakin onlar xəbərdarlıq edirlər ki, hələ yekun razılaşma yoxdur”, - o bildirib.

O əlavə edib ki, razılaşmanın detalları hələ də bəlli deyil.

Qeyd edək ki, ötən gün Tramp Rusiya və Ukraynanın enerji obyektlərinə zərbələri dayandırmaq barədə razılaşdıqlarını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью