Tramp hakimiyyətinin ilk günündən etibarən qanunsuz miqrantlara qarşı reydlər başlanacaq

19.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

ABŞ-da yeni seçilmiş prezident Donald Tramp hakimiyyətinin ilk günündən etibarən qeyri- qanuni miqrantlara qarşı reydlər başlanacaq.


“Report” ABŞ-nin “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, bu barədə Trampın yeni komandasında sərhəd təhlükəsizliyinə cavabdeh olan Tom Hovman bildirib.

Qeyd olunub ki, yanvarın 21-dən etibarən ölkədə qanunsuz yaşayan miqrantların saxlanılması və deportasiyası istiqamətində işlər başlayacaq.

Trampın komandası ilk növbədə cinayət törətmiş miqrantları da hədəf alacaqlarını açıqlayıb. Buna baxmayaraq, bildirilib ki, tədbirlər ABŞ-dakı bütün qeyri- qanuni miqrantlara aid ediləcək.

Xatırladaq ki, Tramp daha əvvəl ölkə tarixindəki ən böyük deportasiya proqramına şəxsən nəzarət etmək niyyətində olduğunu bildirib.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью