Tramp Harvard Universitetinə daxil olan yeni tələbələrə viza verilməsini dayandırıb

05.06.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 5 iyun, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Harvard Universitetinə daxil olan yeni tələbələr üçün beynəlxalq vizaların verilməsinin dayandırılmasına dair bəyannamə imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, bəyannamədə bildirilir ki, hər hansı yeni Harvard Universiteti tələbəsinin F, M və ya J vizaları ilə ABŞ-a qeyri-immiqrant kimi girişi dayandırılır. Həmçinin Dövlət Departamentinə bəyannamənin meyarlarına cavab verən hazırkı Harvard tələbələri üçün mövcud vizalarının ləğvi məsələsini nəzərdən keçirmək tapşırılıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью