Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp “Penn Station”-ın adının dəyişdiriləcəyi təqdirdə Nyu-Yorkda böyük infrastruktur layihəsinə təxminən 16 milyard dollar xərcləyəcəyini vəd edib.
Reyting.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Telekanalın açıqlamasına görə, ötən ay Amerika lideri Senatda azlıqların lideri Çak Şumerə Hudson çayı altında tunelin tikintisi üçün nəzərdə tutulan 16 milyard dollara qoyulan qadağanı bir şərtlə ləğv etməyə hazır olduğu bildirib: ştatdakı hava limanına və dəmir yolu stansiyasına onun adı verilməlidir.
Qeyd edək ki, bu layihə Co Bayden administrasiyası tərəfindən təsdiqlənsə də, lakin iş hələ başlamayıb.
V. QULİYEV