Tramp hazırdır dedi, İranın cavabı heyrətləndirdi

01.03.2026

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

İran ABŞ tərəfindən irəli sürülən atəşkəs təklifini qəbul etməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” nəşri yazıb.

Məlumata görə, ABŞ mümkün gərginliyin azaldılması məqsədilə atəşkəs təşəbbüsü ilə çıxış edib və bu prosesdə vasitəçilik mexanizmi işə salınıb. Lakin Tehran sözügedən təklifi rədd edib.

Nəşrin iddiasına əsasən, İran tərəfi hazırkı mərhələdə hərbi əməliyyatların dayandırılması üçün şərtlərin yetərli olmadığını hesab edir. Rəsmi Tehran isə məsələ ilə bağlı açıq və ətraflı mövqe açıqlamayıb.

Hazırda tərəflər arasında diplomatik kanalların tam bağlanmadığı, lakin ciddi fikir ayrılıqlarının davam etdiyi vurğulanır. Məlumatla bağlı müstəqil və ya rəsmi təsdiq hələlik təqdim edilməyib.

Qeyd edək ki, Tramp bir qədər əvvəl İranın danışıqlara hazır olduğunu açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью