Tramp hədələdi: Dollarımızı məhv etməyə çalışdılar, amma...

21.02.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bilirsiniz, BRİKS ölkələri dollarımızı məhv etməyə çalışdı. Onlar yeni valyuta yaratmaq istədilər".
Ölkə.Az xəbər verir ki,  bunu ABŞ prezidenti Donald  Tramp cümə axşamı Vaşinqtonda Respublikaçı Qubernatorlar Assosiasiyasının şam yeməyində deyib.
Tramp deyib ki, BRİKS ölkələri bəlkə Çin yuanından istifadə etmək istəyirlər. 
“Beləliklə, mən gələndə (prezident postunu nəzərdə tutur-red) ilk dediyim o oldu ki, hətta dolların sıradan çıxarılmasından bəhs edən istənilən BRİKS ölkəsi 150%-lik tariflərə məruz qalacaq. Bizə sizin mallarınız lazım deyil", - Tramp qeyd edib.
Tramp iddia edir ki, bu təhdidlərdən sonra BRİKS ölkələrindən heç nə eşitməyib. “Onların başına nə gəldiyini bilmirəm. Biz son vaxtlar BRİKS ölkələrindən heç nə eşitməmişik", - Ağ Evin rəhbəri bildirib.
Mürtəza
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью