Tramp hədələdi: İran neft sata bilməyəcək

14.05.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Əgər iki tərəf Tehranın nüvə proqramı üzrə razılığa gələ bilməsə, ABŞ Administrasiyası İrana maksimum təzyiq göstərməyə və Tehranı neft ixrac etmək imkanından məhrum etməyə hazırdır".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən investisiya forumunda çıxışı zamanı deyib.

"Seçim onlarındır. Onların uğurlu ölkə olmasını istəyirik. Biz onların gözəl, təhlükəsiz, böyük ölkə olmasını istəyirik, lakin onlar nüvə silahına malik ola bilməzlər. Bu təklif həmişə qüvvədə qalmayacaq. Vaxt çatıb və onlar indi seçim etməlidirlər. Bizim vaxtımız çox deyil", - deyə ABŞ prezidenti qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью