Tramp hədələdi, İrəvani BMT yə şikayət etdi

01.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın Təhlükəsizlik Şurasının sədri və BMT-nin baş katibinə məktub göndərib.

Axar.az xəbər verir ki, İrəvani məktubunda ABŞ Prezidenti Donald Trampın martın 30-da NBC telekanalına müsahibəsində İranı bombalamaqla hədələməsinə toxunub.

“Təhlükəsizlik Şurası birmənalı şəkildə ABŞ prezidentinin təhdidlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi pisləməli və ABŞ-ı beynəlxalq hüquq və BMT Nizamnaməsindən irəli gələn hüquqi öhdəliklərinə əməl etməyə çağırmalıdır”, - məktubda bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью