Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp həkimlərin tövsiyələrinə baxmayaraq, yüksək dozada aspirindən imtina etmək niyyətində olmadığını bildirib.
“Cebheinfo.az” xəbər verir ki, "Mən 30 ildir aspirin qəbul edirəm və heç nəyi dəyişdirmək istəmirəm", - deyə bildirib:
"Həkimlər deyirlər ki, az qəbul et, mən isə onlara deyirəm ki, qanım ürəyimdən keçəndə yaxşı və duru olsun".
"The Wall Street Journal" qəzeti əvvəllər 79 yaşlı Trampın qollarındakı göyərmələri örtmək üçün makiyajdan istifadə edərək qocalmanın fiziki əlamətlərini və mümkün xəstəlikləri gizlətməyə çalışdığını bildirmişdi.
ABŞ Prezidenti özü də nəşrə verdiyi müsahibədə bildirib ki, 25 ildir həkimlərinin qanını durulaşdırmaq üçün tövsiyə etdiyindən daha çox aspirin qəbul edir. O, vaxtaşırı "yaxşı genetikaya" güvənərək həkimlərinin məsləhətlərinə məhəl qoymadığını deyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin