Tramp həm qorxur, həm də əsəbidir Ağ Evdən etiraf

05.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya mümkün cavabına görə narahatdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

“Pilotsuz təyyarələrin zərbələri onu təəccübləndirmədi. Amma Tramp müharibənin uzanacağından narahatdır. Ağ Ev sahibi bunun dayandırılmasını istəyir. Hətta bu səbəbdən əsəbidir”, – Ağ Ev rəsmilərindən biri deyib.

Tramp düşünür ki, Moskvanın hər hansı cavabı diplomatik səylərə zərər vura bilər.

“Ən təhlükəli məqam isə hücumun nüvə silahı daşıya bilən bombardmançı təyyarələrə qarşı yönəlməsidir. ABŞ lideri bundan da qorxur”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı D.Trampla telefon danışığı zamanı Ukraynaya cavab hücumunun olacağını deyib.

Günay Rəsulqızı
Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью