Tramp HƏMAS a sülh planını qəbul etmək üçün üç gün vaxt verib

03.10.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Fələstinin HƏMAS hərəkatını oktyabrın 5-i axşama qədər onun sülh planının şərtlərini qəbul etməsələr, onları "görünməmiş cəhənnəmlə" hədələyib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial media platformasında yazıb.

"Əgər bu son razılaşma əldə olunmazsa, HƏMAS-a heç kim tərəfindən görülməmiş bir cəhənnəm çökəcək. Yaxın Şərqdə sülh nə olursa olsun, təmin ediləcək", - Tramp qeyd edib.

Ağ Ev rəhbəri bütün girovların dərhal azad edilməsini tələb edib. Tramp həmçinin “bütün günahsız fələstinliləri mümkün hərbi əməliyyat zonasını dərhal tərk etməyə” çağırıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью