Tramp HƏMAS ı bütün girovları azad etməyə çağırıb

23.09.2025

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nyu-York, 23 sentyabr, AZƏRTAC

Böyük Britaniya və Fransa da daxil olmaqla, bəzi dövlətlərin Fələstin dövlətini tanımaq qərarı HƏMAS-ı İsrailə hücumu da daxil olmaqla, törətdiyi vəhşiliklərə görə mükafatlandıracaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı söyləyib.

O təəssüflə bildirib ki, HƏMAS sülhə dair ağlabatan təklifləri dəfələrlə rədd edib. Tramp, həmçinin HƏMAS-ı bütün girovları azad etməyə çağırıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью