Tramp HƏMAS ı cəhənnəm lə hədələyib

03.10.2025

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp İsraillə Qəzza ilə bağlı razılaşmanın bazar gününə qədər əldə edilməyəcəyi təqdirdə HƏMAS-ı "görünməmiş cəhənnəm"lə hədələyib.

ABŞ lideri bu barədə "Truth Social" hesabında yazıb.

"HƏMAS-la saziş bazar gününə, Vaşinqton vaxtı ilə saat altıya qədər əldə olunmalıdır. Bütün ölkələr razılaşıb! Bu, son şansdır və əgər HƏMAS ondan istifadə etməsə, onlar üçün heç kimin heç vaxt görmədiyi cəhənnəm başlayacaq", - D.Tramp yazıb.

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью