Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Axios” portalına müsahibəsində belə deyib.
Onun sözlərinə görə, HƏMAS hərəkatı bu gün Qəzza zolağında saxlanılan sonuncu israilli girov Ran Qvilinin cəsədinin qalıqlarının qaytarılmasına yardım edib.
“HƏMAS-ın təmsilçiləri cəsədi geri almaq üçün çox çalışdılar. Bu məsələdə İsraillə əməkdaşlıq etdilər. Bunun nə qədər çətin olduğunu təsəvvür edə bilərsiniz”, - Amerika lideri vurğulayıb.
Tramp həm sağ qalmış, həm də öldürülmüş bütün girovların İsrail tərəfinə qaytarılnı qeyd edib.
Ağ Evin rəhbəri bu hadisəni öz sülh planının həyata keçirilməsi üçün kritik məqam adlandıraraq, indi bütün diqqəti sövdələşmənin ikinci mərhələsinə yönəltməyin mümkün olduğunu söyləyib. O, İsrailin baş naziri Binyamin Netanyahu ilə vəziyyəti artıq müzakirə etdiyini açıqlayıb.
- Heç kim bütün girovları qaytaracağımıza inanmırdı. Bu, əla an idi. İndi biz HƏMAS-ı onların söz verdiyi kimi tərksilah etməliyik”, - Amerika lideri deyib.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Onun sözlərinə görə, HƏMAS hərəkatı bu gün Qəzza zolağında saxlanılan sonuncu israilli girov Ran Qvilinin cəsədinin qalıqlarının qaytarılmasına yardım edib.