Tramp HƏMAS ın müharibədən sonra Qəzzanın idarəçiliyindəki gələcəyi barədə açıqlama verdi

23.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Birləşmiş Ştatlar HƏMAS-ın gələcəkdə Qəzza zolağının idarə edilməsində iştirakına icazə verməyəcək".

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.

Ondan ABŞ-nin HƏMAS-ın müharibədən sonrakı Qəzza idarəçiliyində hansısa rol oynamasına mane olub-olmayacağı soruşulub.

"Biz HƏMAS-a bunu etməyə icazə verməyəcəyik və görərik Qəzza ilə nə baş verəcək", - deyə Ağ Ev rəhbəri bildirib.

Bununla belə o, Yaxın Şərqdə böyük irəliləyişə nail olduqlarını bəyan edib.

"Bu xüsusi gün - 7 oktyabr (2023-cü il) hadisələri heç vaxt olmamalı idi. Əgər mən prezident olsaydım, bu, heç vaxt baş verməzdi. Amma biz bütün bu vəziyyəti dayandıracağıq", - deyə o yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью