Tramp HƏMASdan girovları tezliklə buraxmalarını tələb edib

01.01.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp HƏMAS-a ultimatumunu təkrarlayıb.

Bizimyol.info xəbər verir ki, o, vəzifəsinə başlayana qədər Qəzzada olan girovların azad edilməsini tələb edib.

Yeni il ərəfəsində Floridadakı Mar-a-Laqo iqamətgahında mətbuat nümayəndələri Trampdan bu yaxınlarda baş nazir Benyamin Netanyahu ilə mümkün atəşkəs və danışıqlarda dalana dirənmiş kimi görünən girov müqaviləsi barədə danışıb-danışmadığını soruşub.

"Biz baxacağıq, görək nə olacaq", - deyə Tramp suala cavab verib və sonra əlavə olaraq: "Mən bunu deyəcəyəm: girovları tez geri qaytarsalar yaxşıdır", - deyib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью