Tramp: Heqseti vəzifədə saxlamaq niyyətim var

05.11.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetin vəzifədən azad edilməsi ilə bağlı çağırışlara münasibət bildirib.

Sherg.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə respublikaçıların həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirməsindən sonra tənqidlər xüsusilə İranla müharibəni dəstəkləyən müdafiə naziri Pit Heqsetin ünvanına yönəlib.

Tramp ABC telekanalının müxbiri Conatan Karlın sualını cavablandırarkən Heqseti vəzifədə saxlamaq niyyətində olduğunu bildirib.

“Onu vəzifədə saxlamaq üçün hər cür niyyətim var”, - deyə ABŞ Prezidenti vurğulayıb.

Heqsetdən narazılıqla bağlı zənglər aldığını bildirən Tramp, “Bu barədə zənglər alıram. Səbəbini bilmirəm”, - deyə qeyd edib.

Bununla yanaşı, Tramp yanvar ayında Demokratların nəzarətində olan yeni Konqres fəaliyyətə başlamazdan əvvəl müdafiə naziri vəzifəsinə yeni namizədin Senatda təsdiqlənməsinin daha asan ola biləcəyini də istisna etməyib.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilər noyabrın 3-də keçirilib. Rəsmi olmayan nəticələrə əsasən, Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçıların əlində olan çoxluğu əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью