Tramp Heqsetin impiçmentinə qarşı çıxıb

09.11.2026

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp demokratların Pentaqon rəhbəri Pit Heqset və səhiyyə və sosial xidmətlər naziri Robert Kennedi-kiçiyə qarşı impiçment proseduruna başlamaq planlarına qarşı çıxıb.

APA xəbər verir ki, bu barədə Tramp Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri demokratları ölkənin daxili problemlərinə diqqət yetirməyə çağırıb.

“Onlar ölkənin problemlərinə qayıtmalıdırlar. Bunlar iki möhtəşəm insandır”, – Tramp deyib.

Prezident Heqsetin fəaliyyətini müdafiə edərək onun rəhbərliyi dövründə ABŞ-ın iki hərbi əməliyyatda qələbə qazandığını iddia edib.

“Biz Venesuelada qalib gəldik. Oradan yüz milyardlarla dollar çıxardıq. Biz 48 dəqiqəyə qalib gəldik. İranda da qalib gəldik”, – o bildirib.

Trampın sözlərinə görə, Heqsetə qarşı irəli sürülən ittihamların əsassız olduğunu düşünür.

“Pit Heqsetdən danışanda hesab edirəm ki, o, iki məsələdə günahkardır: əslində, iki müharibədə qalib gəlməkdə. İkinci müharibədə biz İranın nüvə potensialını məhv etdik və yəqin ki, İsraili, eləcə də bütün Yaxın Şərqi xilas etdik”, – ABŞ Prezidenti vurğulayıb.

Tramp, həmçinin demokratların sabiq müdafiə naziri Lloyd Ostinə qarşı impiçment təşəbbüsü irəli sürməməsini sual altına qoyub.

O xatırladıb ki, Ostin sabiq Prezident Co Baydenin administrasiyasında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə rəhbərlik edən şəxslərdən biri olub.

Qeyd edək ki, Konqres seçkilərində qalib gələn demokratların gələn ilin əvvəlindən qanunverici orqana nəzarəti ələ alacağı gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью