Tramp hər bir amerikalıya 5 min dollar vəd etdi Yeganə şərt seçkilərdə qələbədir

10.09.2026

Yeniavaz saytına istinadən Icma.az xəbər verir.


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Respublikaçılar aralıq seçkilərdə Nümayəndələr Palatası və Senatda çoxluğu qoruyub saxlasalar, hər bir yetkin amerikalıya 5 000 dollar ödəyəcək.
Yeniavaz.com
AP-yə istinadla xəbər verir ki, o bu barədə Dallasda keçirilən Respublikaçılar Partiyasının seçki qurultayında danışıb.
“Respublikaçılar qalib gəlsələr, siz də bizimlə qalib gələcəksiniz və 5 000 dollar alacaqsınız. Bunun adı Tramp dividendi olacaq”, - ABŞ lideri bildirib.
Bu açıqlamdan bir müddət sonra isə vitse-prezident Cey Di Vens Trampın təklifini qismən yumşaltmağa çalışaraq dividend ödənişlərinin varlı şəxslərə verilməyəcəyini bildirib. Vens vəsaitin ABŞ-nin tarif gəlirləri hesabına ödənilə biləcəyini söyləyib.
“Lakin təklif olunan məbləğ ABŞ-nin bu qoruyucu ticarət tədbirlərindən əldə etdiyi gəlirdən dəfələrlə çoxdur. Şübhə doğuran bu vədin həyata keçirilməsi üçün 1 trilyon dollardan çox vəsait tələb oluna bilər və bunun üçün Konqresin təsdiqi lazım gələcək. Bu isə ABŞ-nin təxminən 1,8 trilyon dollarlıq illik büdcə kəsirini daha da artıracaq və inflyasiya ilə bağlı narahatlıqları gücləndirəcək”, - AP yazır.
Qeyd edək ki, ABŞ Siyahıyaalma Bürosunun 2025-ci ildə dərc etdiyi sonuncu hesabata görə ölkə əhalisinin ümumi sayı 341 milyon 784 min 857 nəfərdir. Bildirilir ki, onların 21,1 faizini 18 yaşdan aşağı şəxslər təşkil edir. Bu isə o deməkdir ki, ABŞ-də yetkinlik yaşına çatmış əhalinin sayı təxminən 269,7 milyon nəfərdir.
269,7 milyon nəfərin hər birinə 5000 dolların ödənilməsi üçün isə 1,3 trilyon dollardan çox vəsait lazımdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью