Tramp: “Hər gözəl çinli qadını casus adlandırırlar” Foto

24.11.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp “Nvidia” şirkətinin rəhbəri Censen Huanga qarşı casusluq iddialarını şərh edib. O, çinli sahibkar Elis Huangın Pekinin kəşfiyyat xidməti ilə əlaqəsi olması barədə iddialara inanmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Tramp CNBC telekanalının canlı yayımına telefonla qoşularaq deyib:

“Hər dəfə gözəl və ya cazibədar çinli qadın peyda olanda onu casus adlandırırlar. Censenin məsələsində bunun doğru olduğuna inanmıram”.

Məlumata görə, ABŞ kəşfiyyat orqanları Elis Huangın Çin Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşı ilə əlaqələrini və həssas məlumatların Çinə ötürülüb-ötürülmədiyini araşdırır.
Tramp Censen Huangın “Nvidia” rəhbəri vəzifəsinə qayıtmasını dəstəkləyib və bunun milli təhlükəsizlik üçün risk yaratmadığını deyib.


Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью