Tramp hər zaman Rusiyaya gələ bilər Peskov

16.02.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp hər zaman Rusiyaya gələ bilər.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ Prezidenti Donald Tramp Rusiyaya səfəri razılaşdırıldıqda istənilən vaxt gələ bilər”, - Peskov bildirib.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynada sülh əldə ediləcəyi halda Trampın 9 May Qələbə paradına Moskvaya gələ biləcəyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью