Tramp hesab edir ki, Los Ancelesdə etiraz aksiyalarının iştirakçıları pulla tutulur

09.06.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“O etirazçılar deyil, bunlar asayiş pozucuları və üsyançılardır”, – deyə Tramp bu sözlərlə Los-Ancelesdə qanunsuz miqrantların kütləvi həbsi əleyhinə keçirilən aksiyalara istinadən edib. “Bunlar pulla tutulmuş üsyançılardır”, – deyə ABŞ lideri əlavə edib. Tramp, etirazçılara konkret olaraq kimin pul verdiyi barədə açıqlama verməyib.

Bizimyol.info xəbər verir ki, o, bazar günü “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın fikrincə, Kaliforniya ştatının qubernatoru Qəvin Nyusom və Los-Ancelesin meri Karen Bass şəhər sakinlərindən “işlərini pis yerinə yetirdiklərinə” və “davam edən iğtişaşlara” görə üzr istəməlidirlər.

Rəsmilərin verdiyi məlumata görə, bazar günü Los-Ancelesdə keçirilən etiraz aksiyaları zamanı iki polis əməkdaşı xəsarət alıb. Polis əməkdaşları nümayişçilər tərəfindən bağlanan şəhərin əsas avtomagistralını hərəkətə açmağa çalışırlar. Yerli KİV-in məlumatına görə, etirazçılar polisə butulka və daş ataraq qarşıdurmalara girirlər. İğtişaşlar zamanı etirazçılar azı beş avtomobili yandırıblar.

Los-Ancelesdə artıq üçüncü gündür ki, hakimiyyətin qanunsuz miqrantları kütləvi şəkildə həbs etməsinə qarşı etiraz aksiyaları davam edir. Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bu etirazları və baş verən iğtişaşları üsyan adlandırıb və Los-Anceles polisinin mövqeyini tənqid edib. Belə ki, şəhərin polis rəhbəri miqrantların kütləvi deportasiyalarında iştirak etməyi rədd edib. Tramp Kaliforniya qubernatoru ilə məsləhətləşmədən, iğtişaşlarla mübarizə üçün 2 min milli qvardiya əsgərinin şəhərə göndərilməsini əmr edib. Onlar iyunun 8-i səhər saatlarından etibarən şəhərə gəlməyə başlayıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью