Tramp Hindistan üçün rüsumları artırmaq niyyətindədir

04.08.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya neftinin idxalı və satılması ilə əlaqədar Hindistana tətbiq edilən rüsumları əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Hindistan nəinki Rusiyadan böyük həcmdə neft alır, həm də alınan neftin böyük hissəsini açıq bazarda ciddi gəlirlə satır. Bununla əlaqədar mən Hindistanın ABŞ-yə ödədiyi rüsumları əhəmiyyətli dərəcədə artıracağam”, - Tramp qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью