Tramp hindistanlı jurnalisti başa düşmədi VİDEO

15.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə aksent problemi yaşayıb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp ona sual verən hindistanlı jurnalistin aksentini başa düşməkdə çətinlik çəkib.

"Dediklərindəm bir söz belə başa düşmədim" - deyə Tramp söyləyib.

Hindistanlı jurnalist ingilis dilində danışsa da, ABŞ lideri onu anlamadığından tərcüməçilər Trampa kömək edib.

Beləliklə, hind jurnalistin ingilis dilindəki sualı ingilis dilində Trampa izah edilib. 

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью