Tramp Hollivuda film SİFARİŞ ETDİ

26.11.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın dünya üzrə milyonlarla izləyici tərəfindən sevilən "Rush Hour" film seriyasının dördüncüsünün çəkilməsini istədiyi iddia edilir.

BAKU.WS xəbər verir ki, Hollivud xəbərləri ilə tanınan Deadline saytının məlumatına görə, Trump, Paramount film şirkətindən, Ceki Çan və Kris Tukerin rol aldığı komediya, döyüş sənətləri və irq stereotiplərini birləşdirən polis-komediya filminin davamının çəkilməsini xahiş edib.

İddialara görə, Trampın istəyi əsasında film şirkəti "Rush Hour"nin 4-cü seriyasını yayımlamağa hazırlaşır. Daha əvvəl Semafor saytının məlumatına görə, bu addım ABŞ media sektoruna müdaxilə kimi qiymətləndirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью