Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və ABŞ-ın nəzarəti altında fəaliyyət göstərdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Tramp İranla danışıqlara hazır olmadıqlarını da açıqlayıb.
Oval Ofisdə keçirilən tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Tramp deyib ki, boğazdan tankerlər keçərək neft daşımağa davam edir.
İranla diplomatik təmasların mümkünlüyünə münasibət bildirən Tramp, “İranla danışılacaq çox şey yoxdur. Biz onlarla danışmaq istəmirik. Görüşmək və ya başqa bir şey etmək niyyətimiz yoxdur”, deyə bildirib.
ABŞ prezidenti həmçinin İranın ciddi iqtisadi çətinliklərlə üzləşdiyini və hərbi imkanlarının böyük hissəsinin məhv edildiyini iddia edib.
Qeyd edək ki, Reuters-in məlumatına görə, son günlər Hörmüz boğazından keçən gəmi sayı əvvəlki günlərlə müqayisədə azalıb; 27 avqustda cəmi yeddi yük gəmisi boğazdan keçib.
Aytən Yaşar/ Turkustan.az