Tramp: Hörmüz boğazına heç kim nəzarət etməyəcək

27.05.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Vaşinqton, 27 may, AZƏRTAC

“Hörmüz boğazına heç kim nəzarət etməyəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kabinetin iclasında İranın və Omanın qısamüddətli boğaza nəzarət etməsinə icazə verib-verməyəcəyi ilə bağlı suala cavabında deyib.

“Boğaz hər kəs üçün açıq olacaq. Bu, beynəlxalq sulardır. Heç kim buna nəzarət etməyəcək. Bu, apardığımız danışıqların bir hissəsidir. Oman da hamı kimi davranacaq, əks halda biz onları partlatmalı olacağıq. Onlar bunu başa düşürlər”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью