Tramp: Hörmüz boğazında gəmiçilik ödənişsiz olacaq

16.06.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

İran Hörmüz boğazından keçən gəmilərdən hər hansı ödəniş tələb etməyəcək.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə deyib.

“Bu, ödənişsiz olacaq. Bu məsələ ilə bağlı kiçik mübahisəmiz olmuşdu. Heç bir ödəniş olmayacaq”, - deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, boğazın tam açılacağını və gəmiçiliyin sərbəst şəkildə həyata keçiriləcəyini gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью