Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp hazırda Hörmüz boğazından ABŞ-İsrail müharibəsindən əvvəlkindən daha çox neft daşındığını bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə son bir neçə gündə boğazdan milyonlarla barel neft nəql edildiyini deyib.
O qeyd edib ki, neft daşımalarının həcmi bəzən müharibədən əvvəlki göstəriciləri də ötür.
Xatırladaq ki, Tramp oktyabrın 1-də ABŞ-nin Hörmüz boğazı üzərində “tam nəzarət” əldə etdiyini bildirmiş və son günlərdə boğazdan rekord həcmdə neft daşındığını iddia etmişdi.