Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
Tramp sosial mediada Hörmüz boğazının xəritəsini paylaşaraq onu "Tramp boğazı" adlandırıb
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında Hörmüz boğazının xəritəsini paylaşıb . AYNA.AZ xəbər verir ki, Prezident şəklin başlığına "Tramp boğazı" yazıb.
ABŞ prezidenti əvvəllər İranı məğlub etdikdən sonra Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirmişdi. Tramp dəfələrlə bölgənin xəritələrini paylaşaraq bu suların Amerika ərazisi olduğunu qeyd edib.
Bu dəfə o, Hörmüz boğazının böyük bir dairədə təsvir edilmiş və "Tramp boğazı" adlandırılmış xəritə dərc edib. Siyasətçi başqa heç bir şərh verməyib.