Tramp Hörmüz boğazını öz şərəfinə adlandırmağı təklif edib

29.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının öz şərəfinə adlandırılmasını təklif edib.

APA xəbər verir ki, bu barədə o, Ohayo ştatında respublikaçı tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Düşünürəm ki, biz onun adını Tramp boğazı qoyacağıq. Meksika körfəzinin adını Amerika körfəzi ilə əvəz etdik, Ontario gölünün adını isə Amerika gölü qoyduq. Düşünürəm ki, nə vaxtsa Hörmüz boğazını Tramp boğazı adlandıracağıq. Bizim körfəzimiz var, gölümüz var, indi boğazımız da ola bilər. Elə düşünürsünüz ki, zarafat edirəm? Meksika körfəzinin adını Amerika körfəzi ilə dəyişəcəyimi deyəndə hamı zarafat etdiyimi düşünürdü. Amma mən bunun həqiqətən baş verəcəyini demişdim”, – o deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью