Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb

28.09.2026

Marja.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Tramp boğazı” kimi göstərən görüntü paylaşıb.

Marja xəbər verir ki, Tramp sosial media hesabında Fars körfəzi regionunun xəritəsini paylaşaraq dairəyə aldığı Hörmüz boğazını “Tramp boğazı” adlandırıb.  

O, sentyabrın 2-də sosial şəbəkədə etdiyi paylaşımda da Hörmüz boğazının ABŞ-nin nəzarətində olduğunu iddia etmiş və boğazın adının “Tramp boğazı” olaraq dəyişdirilməsini təklif edə biləcəyini bildirmişdi. 

ABŞ Prezidenti əvvəlki bəzi açıqlamalarında Hörmüz boğazının Amerika donanmasının nəzarətində olduğunu və buranın “ABŞ ərazisi” sayıla biləcəyini də iddia etmişdi.\

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью