Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin başa çatmasından sonra neft qiymətlərinin enəcəyini iddia edib və Hörmüz boğazının adının dəyişdirilməsini təklif edib.
“Cebheinfo.az” xəbər verir ki, Tramp bu fikirləri 3 noyabrda keçiriləcək Konqres aralıq seçkiləri ərəfəsində Texas ştatının Dallas şəhərində təşkil olunan Respublikaçılar Partiyasının Milli Qurultayında çıxışı zamanı səsləndirib.
Seçicilərini birlik olmağa çağıran Tramp bildirib ki, onun prezidentliyi dövründə mühüm addımlar atılıb və ABŞ əvvəlkindən daha güclü mövqeyə gəlib.İranla bağlı danışan Tramp iddia edib ki, ABŞ bu ölkənin nüvə silahına sahib olmasının qarşısını almaq üçün müharibəyə daxil olub.
Müharibədə qələbə qazanacaqlarını deyən Tramp bildirib:
“İranla davam edən müharibəni qazandığımız anda neft qiymətləri aşağı düşəcək. Hürmüz boğazındakı ticarətə biz nəzarət edirik. Məncə, Hürmüz boğazına başqa ad verməliyik. Ona “Tramp boğazı” deməliyik. Bununla bağlı rəsmi açıqlama verəcəyəm və əminəm ki, İran liderləri bundan çox məmnun olacaqlar”.
ABŞ Prezidenti çıxışında Venesuela üzərində ciddi təsir imkanları əldə etdiklərini də vurğulayıb. O, Karakas hakimiyyəti ilə bağlanan neft sazişinin Amerika iqtisadiyyatına mühüm töhfə verdiyini qeyd edərək əlavə edib:
“Bu razılaşma sayəsində İranla yaşanan böhrana baxmayaraq, ölkədə benzin qiymətlərini müəyyən dərəcədə nəzarət altında saxlaya bilirik".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin