Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaşinqton, 13 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp husiləri Səudiyyə Ərəbistanına hücumlar təşkil etməkdə və ABŞ-də keçiriləcək seçkilər ərəfəsində neft qiymətlərini süni şəkildə yüksəltməyə çalışmaqda ittiham edib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth” sosial hesabında paylaşım edib.
O bildirib ki, husilər təxminən bir il əvvəl ABŞ-nin ağır bombardmanlarından sonra döyüş əməliyyatlarını dayandırmışdılar, lakin uzun fasilədən sonra yenidən fəallaşıblar.
ABŞ Prezidenti husilərin bu addımları İranın göstərişi ilə, seçkilərlə əlaqədar ata biləcəyini bildirib.
“Husilər çox pis davranırlar. Kimsə onlara izah etməlidir ki, mən bu seçkilərdə namizəd deyiləm, artıq böyük üstünlüklə qalib gəlmişəm. Lakin seçkilərdən sonra da burada olacağam və bunu heç vaxt unutmayacağam”, – deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton