Icma.az, Cebheinfo saytına istinadən bildirir.
ABŞ ordusu yaxın gələcəkdə Husi hərəkatının mövqelərinə zərbə endirməyəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin qeyd etdiyi kimi, əvvəlcə ABŞ Prezidenti Donald Tramp hHusilərə hücumlara qarşı çıxmışdı, lakin 17 sentyabrda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl-Səudla telefon danışığından sonra əməliyyata hazırlıq əmri verib. Daha sonra Amerika lideri mövqeyini yenidən dəyişib.
Mənbələr nəşrə bildiriblər ki, Husilərə qarşı ABŞ hava hücumu təşkil etməyəcək.
Qeyd edilib ki, bunun səbəbi yeni cəbhənin açılması ilə bağlı narahatlıqlar olub.
Nəşr vurğulayıb ki, Trampın yaxın ətrafının əksəriyyəti buna qarşı çıxıb:
“Çünki Amerika ordusunun İranla müharibədə yorğunluğu nəzərə alınıb".
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin