Tramp husilərin ABŞ dan nə istədiyini açıqladı KONKRET

12.09.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına edilən və “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin dayanmasına səbəb olan hücumun arxasında İranın dayana biləcəyini deyib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Dublində jurnalistlərə açıqlamasında danışıb.

ABŞ liderindən hücuma görə Tehranı məsul hesab edib-etmədiyi soruşulub.

Tramp isə “Düşünürəm ki, bəli, böyük ehtimalla onlar bunu edib” cavabını verib.

Amerika Prezidenti Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla danışdığını və onu “yaxşı dostu” adlandırdığını da bildirib.

Trampın sözlərinə görə, İranın dəstəklədiyi Yəmən husiləri onun administrasiyası ilə əlaqə saxlayaraq ABŞ-ın münaqişəyə birbaşa müdaxilə etməsini istəmədiklərini bildiriblər.

“Onlar bizim müdaxilə etməməyimizi çox istəyirlər və gəmilərin əksəriyyətinin keçməsinə icazə verirlər. Sadəcə, bir ölkədən o qədər də razı deyillər. Biz bunun öhdəsindən gələcəyik”, – deyə Tramp bildirib.

Günay Əli

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью