Tramp Husilərin Səudiyyə Ərəbistanına hücumundan narazıdır

10.10.2026

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının Səudiyyə Ərəbistanına, o cümlədən hava limanlarına hücumlarından narazılığını ifadə edib.

Turkustan.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Nyu-Yorka yola düşməzdən əvvəl Ağ Evin həyətində jurnalistlərin suallarını cavablandırıb.

Jurnalistlərdən biri Trampdan Husilərin Ər-Riyad hava limanına hücumu barədə fikirlərini soruşub. ABŞ prezidenti cavabında hadisədən narazı olduğunu bildirib:

“Bu, yaxşı deyil, heç də yaxşı deyil. Mən bundan məmnun deyiləm”.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью