Tramp iclasda arvadını itirdi: Birinci xanım hardadır? VİDEO

23.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışı zamanı yumoristik şəkildə xanımından söz açıb.

"Yeni Sabah" xəbər verir ki, o, auditoriyaya göz gəzdirərək soruşub:

"Bəs birinci xanımımız haradadır? O, düz küncdədir. Birinci xanımı görə bilmədiyimə inanırsızmı?" pizza mizza

Bu sözlərdən sonra Amerika nümayəndə heyətinin təmsilçilərindən biri işarə ilə Melaniya Trampı göstərib. Birinci xanım isə ərinin diqqətini cəlb etmək üçün gülümsəyərək əlini yelləyib.

Donald Tramp ona təşəkkür edib, o, arvadının səylərinə və fəaliyyətinə toxunub. ABŞ Prezidenti Melaniya Trampın BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edən tarixdə yeganə birinci xanım kimi qeyri-adi bir performans göstərdiyini bildirib: 

"Mən böyük birinci xanımımızın – yaşayış yerləri dəyişdirilmiş bir çox ukraynalı və rus uşağın öz ailələrinə sağ-salamat qaytarılmasını təmin etmiş şəxsin – müstəsna fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. O, həmçinin tarixdə BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edən yeganə birinci xanım olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью