Tramp ictimai radioların dövlət büdcəsindən maliyyələşməsini dayandırdı

02.05.2025

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


ABŞ Prezidenti Donald Tramp ictimai yayım qurumları olan PBS və NPR-ə federal maliyyənin dayandırılması barədə sərəncam imzalayıb.

Bakupost.az -ın məlumatına görə, sərəncamda qeyd olunur ki, hər iki qurum xəbərləri qərəzli şəkildə təqdim edir və bu səbəbdən onların gələcəkdə dövlət büdcəsindən maliyyələşdirilməsi dayandırılmalıdır. Trampın fikrincə, bu media orqanları ictimaiyyətə hadisələri obyektiv və dəqiq şəkildə çatdırmır.

Ağ Ev isə dövlət tərəfindən mediaya maliyyə ayrılmasını köhnəlmiş və jurnalistikanın müstəqilliyinə zərər vuran bir yanaşma kimi dəyərləndirib.

Rəsmayə Yusifova,
Bakupost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью