Tramp iki gün ərzində Putinlə görüşlə bağlı qərar verəcəyini bildirib

22.10.2025

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp yaxın iki gün ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə dair qərar verəcəyini bildirib.

"Report"un məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, hələlik yekun qərarın verilmədiyini vurğulayaraq, "vaxt itirmək" istəmədiyini qeyd edib.

"Mən Putinlə görüşün vaxt itkisi olacağını deməmişəm. Bu cəbhədə çox şey var. Yaxın iki gün ərzində sizi xəbərdar edəcəyik", - ABŞ prezidenti əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью