Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Martın 1-də axşam "İranın yeni rəhbərliyi mənimlə görüşmək istəyir, onlarla görüşəcəm", - deyə "Fox News"a müsahibəsində açıqlama verən ABŞ Prezidenti Donald Tramp İran tərəfinin bunu yalanlanaması və ardınca ABŞ-ın bölgədəki bazalarına daha sərt zərbələr endirməsi vzəiyyəti dəyişib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq ABŞ Prezidenti Donald Tramp görüş və dialoq barədə işlətdiyi sözlərini geri götürüb.
O, bugünki açqlamasında iki gün əvvəlki sözlərini danıb.
"Əl-Cəzirə"nin məlumatına görə, Donald Tramp İranın hərbi imkanlarının və regiondakı liderliyinin ciddi şəkildə zəiflədiyini iddia edib: "Onların hava hücumundan müdafiə sistemləri, hava qüvvələri, donanması və rəhbərliyi yoxa çıxdı. Onlar mənimlə danışmaq istəyirlər. Mən dedim ki, daha çox gecdir".
Firudin Səfərli
MİA.AZ