Tramp iki okeanın adını dəyişməyi planlaşdırır

11.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu müddət başa çatmamış Atlantik və ya Sakit okeanın adını "Tramp okeanı" və ya "Amerikalar okeanı" olaraq dəyişdirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə Tennessi ştatında tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

"Bizim okeana ehtiyacımız var. Buna görə də Atlantik və ya Sakit okeanın adını dəyişdirməyi düşünürdüm. Onu "Tramp okeanı" və ya "Amerikalar okeanı" adlandıracağıq. Buna bənzər bir şey. Mən vəzifədən getməzdən əvvəl bunu etməliyik. Hesab edirəm ki, bizim okeanımız və böyük bir çayımız olmalıdır. Lakin Missisipinin adını dəyişmək niyyətində deyiləm. Mən Missisipini sevirəm", - deyə dövlət başçısı bildirib.

Tramp, həmçinin Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirmək imkanını yenidən gündəmə gətirib.

Qeyd edək ki, ABŞ lideri daha əvvəl Meksika körfəzinin və Ontario gölünün adlarının müvafiq olaraq "Amerika körfəzi" və "Amerika gölü" kimi dəyişdirilməsi ilə bağlı fərmanlar imzalayıb. Bu fərmanlar həmin coğrafi obyektlərin ABŞ federal hökuməti tərəfindən və rəsmi xəritələrdə necə adlandırılacağını müəyyənləşdirir. Lakin Trampdan sonra vəzifəyə gələcək prezidentlər bu qərarları ləğv edə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью