Icma.az bildirir, Sherg.az portalına istinadən.
ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-da yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında məlumat verib.
O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.
Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur.