Tramp ilk ilində 1 milyon immiqrantı ölkədən çıxarmağı hədəfləyir KİV | Icma.az
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir. ABŞ Prezidenti Donald Tramp administrasiyasının prezidentliyinin ilk ilində 1 mil
Yeniavaz.com xəbər verir ki, bu barədə “Washington Post” vəzifəsini tərk edən keçmiş federal məmura istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Tramp administrasiyası 1 milyon immiqrantı deportasiya etmək məqsədinə çatmaq üçün aqressiv mövqe tutur.
Bildirilib ki, sözügedən şəxslərin “üçüncü ölkələrə” göndərilməsi üçün ən azı 30 ölkə ilə danışıqlar davam etdirilir.
Xatırladaq ki, Tramp seçki kampaniyası zamanı milyonlarla mühaciri deportasiya etmək istədiklərini bəyan etmişdi.
O fəaliyyətə başladıqdan sonra isə qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə çərçivəsində “xarici terror təşkilatları” ilə əlaqəsi olan immiqrantların deportasiyasını sürətləndirmək üçün əvvəllər yalnız müharibə zamanı istifadə edilən “Xarici düşmənlər aktı”nı aktivləşdirib.
1798-ci ildə qəbul edilmiş həmin sənəd ABŞ Prezidentinə immiqrantları deportasiya etmək üçün fövqəladə səlahiyyətlər verir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu