Tramp İlon Maskla aralarında kiçik mübahisə olduğunu etiraf edib

03.07.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Vaşinqton, 3 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp amerikalı biznesmen İlon Maskla aralarında kiçik mübahisə olduğunu etiraf edib.

AZƏRTAC-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə CNBC-yə müsahibəsində deyib.

Lakin o, “Tesla” və “SpaceX”in icraçı direktoru ilə çox yaxşı münasibətlərinin olduğunu söyləyib.

Tramp Maskın “SpaceX”in səhmlərini ABŞ-də 18 yaşdan kiçik uşaqlar üçün yeni əmanət və investisiya vasitəsi olan və 4 iyulda istifadəyə veriləcək “Trump Accounts”a bağışlayacağını düşündüyünü bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью