Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 1 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Dövlət katibi Marko Rubio Kuba ilə bağlı problemləri həll etməyin yollarını tapacaq.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Ağ Evdə ispan əsilli amerikalıları şərəfləndirmə tədbirində bildirib.
O deyib: "Onun Kubaya nə etdiyini diqqətlə izləyin". Tramp Rubionun planları barədə ətraflı məlumat verməyib.
ABŞ son aylarda Kubaya qarşı sanksiya təzyiqini artıraraq ölkəni siyasi və iqtisadi islahatlar aparmağa məcbur etməyə çalışır.