Tramp inauqurasiya üçün Vaşinqtondadır

19.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-nə planlaşdırılan andiçmə mərasimi öncəsi Ağ Evin qonaq iqamətgahı olan "Bler Haus"a gəlib.

Teleqraf.com bu barədə "TASS"- a istinadən xəbər verir.

Tramp həyat yoldaşı Melaniya və kiçik oğlu Barronla birlikdə yanvarın 18-də xüsusi hökumət Boeing 757-200 təyyarəsi ilə Florida ştatını tərk edib. Təyyarə Vaşinqton yaxınlığındakı Dalles Beynəlxalq Hava Limanına enib. Tramp daha sonra Virciniya ştatındakı "Trump Sterling Golf Club"-a yollanıb.

Axşam siyasətçi 500 qonaq üçün ziyafət verib. Daha sonra Donald Tramp, xanımı və qonaqları atəşfəşanlığa baxıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью