Tramp indi də başqa vurmaqla ölkəni hədələdi

31.05.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında yaranan gərginliklə bağlı növbəti qalmaqallı bəyanatını verib.

Demokrat.az xəbər verir ki, Tramp boğazın bağlanması fonunda Omanın İranla əməkdaşlıq edəcəyi təqdirdə bu ölkəyə qarşı sərt addımlar atılacağını bildirib.

ABŞ lideri Hörmüz boğazının beynəlxalq sular olduğunu və heç bir ölkənin buraya nəzarət edə bilməyəcəyini vurğulayıb. O, İran və Omanın boğazdan keçən gəmilərdən rüsum toplamaq planları barədə yayılan xəbərlərə sərt reaksiya verib:
"Oman hər kəs kimi özünü qaydasında aparacaq. Əks halda onları darmadağın etməli olacağıq. Onlar bunu başa düşürlər və hər şey qaydasında olacaq".

Məlumata görə, fevral ayından bəri İran tərəfindən blokadaya alınan Hörmüz boğazı dünya neft tədarükünün beşdə birini təmin edir. Tramp həmçinin Tehranı sülh sazişini qəsdən yubatmaqda və ABŞ-dakı seçkiləri gözləməkdə ittiham edib.

Ağ Ev hələlik Trampın bu kəskin ifadələri ilə bağlı rəsmi izahat verməyib. ABŞ daxilində isə bəzi respublikaçılar mümkün atəşkəs planlarına qarşı çıxaraq bunun "fəlakət" olacağını bildirirlər.

İsmayıl
Demokrat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью