Tramp: İndiki vəziyyət davam edərsə, ABŞ məhv olacaq

03.05.2025

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerika məhkəmələrinin miqrantların deportasiyasında prezident administrasiyasına yardım etməkdən imtina qərarı ABŞ-ın yaradıcılarının ideyalarına ziddir.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ağ Evin rəhbəri Donald Tramp qeyd edib.

“Necə ola bilər ki, hakimlər ABŞ-a cinayətkarları, o cümlədən qatilləri ölkəmizdən gəldikləri yerə deportasiya etməyə icazə verməyəcəklər? Bu baş verərsə, bildiyimiz kimi ölkəmiz bitəcək, bütün dəyərlər məhv olacaq. Amerikalılar tamamilə fərqli, cinayətlə dolu həyata alışmalı olacaqlar. Bu, heç də bu ölkəni quranların fikrində deyildi!”, - deyə o, “Truth Social” sosial şəbəkəsində yazıb.

Yanvarın 20-də vəzifəyə gəldikdən sonra Tramp dəfələrlə miqrasiya siyasətini sərtləşdirməyə çağırıb. O, Amerika tarixində qeyri-qanuni mühacirlərə qarşı ən böyük deportasiya əməliyyatını həyata keçirmək niyyətində olduğunu bildirib. Tramp 1798-ci il tarixli Yad Düşmənlər Aktına əsaslanaraq, Venesuelada yerləşən Transmilli cinayətkar qrup “Tren de Araqua” üzvlərinin dərhal saxlanmasını, həbs edilməsini və Birləşmiş Ştatlardan çıxarılmasını əmr edən bəyannamə imzalayıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью