Tramp insanları dərhal Tehranı tərk etməyə çağırıb

17.06.2025

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp insanları Tehranı təcili olaraq boşaltmağa çağırıb.


Missiya.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Truth Social” sosial şəbəkə hesabında paylaşım edib.

Tramp İranın nüvə silahına sahib ola bilməyəcəyi üçün Vaşinqtonun təklif etdiyi razılaşmanı qəbul etməli olduğunu bildirib:

"İran imzalamalarını söylədiyim müqaviləni imzalamalı idi. Nə qədər biabırçılıq və insan həyatı itkisidir. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!", - deyə siyasətçi vurğulayıb. 

Daşqın Həsənov

Missiya.Az 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью